Digər

Rusiyada NEZ-lər maksimum gücdə işləyir - Novak

29 Jun 2026, 22:00 2 baxış
Rusiyada NEZ-lər maksimum gücdə işləyir - Novak

Rusiyadakı neft emalı zavodları tələb olunan yanacaq həcmini təmin etmək üçün maksimum gücdə işləyir.


Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx ilə görüşdə bildirib.


Vurğulanıb ki, bütün əsas təchizatçılar Kalininqrad bölgəsinə dəniz yolu ilə dizel və benzin tədarükünü həyata keçirirlər.


Qeyd edək ki, son vaxtlar Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları səbəbindən ölkədə yanacaq çatışmazlığı yaşanır.

Mənbə axar.az

Oxşar Xəbərlər