Siyasət

Mehriban Əliyeva: "Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf sahəsində regionun liderinə çevirməkdir"

29 Jun 2026, 20:20 2 baxış
Mehriban Əliyeva: "Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf sahəsində regionun liderinə çevirməkdir"
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir". xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasında çıxışı zamanı deyib. Birinci vitse-prezident qeyd edib ki, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu günü-gündən artır və artıq bu texnologiya mərkəzi yer tutur: "Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir. Bu, öz növbəsində həm yeni imkanlar, həm də yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yaranan risklərə hazır olmalıyıq". Mehriban Əliyeva bildirib ki, qarşıda duran məqsədlərə çatmaq üçün bütün dövlət qurumlarının birgə, fəal və səmərəli işi tələb olunur: "Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır".
Mənbə oxu.az