Digər
“Maykl” filmi qlobal kassada rekord qırdı
Pop musiqisinin kralı Maykl Cekson haqqında çəkilən “Maykl” bioqrafik filmi dünya üzrə 977,5 milyon ABŞ dollarından çox gəlir əldə edərək bütün dövrlərin ən çox gəlir gətirən bioqrafik filmi olub.
Kult.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Məlumata görə, “Maykl” Kristofer Nolanın Oskar mükafatı qazanan və qlobal kassada 975 milyon ABŞ dolları gəlir əldə edən "Oppenhaymer" filmini geridə qoyub.
Bundan əlavə, "Maykl" 2018-ci ildə nümayiş olunan və dünya üzrə 911 milyon ABŞ dolları gəlir qazanan “Bohemian Rapsodi”ni də üstələyərək, tarixdə ən çox gəlir əldə edən musiqi bioqrafiyası filmi adına da sahib çıxıb.
Mənbə
axar.az