Digər
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
Ermənistandakı bəzi qüvvələr və qərbyönlü qeyri-hökumət təşkilatları (QHT) Rusiyanın ölkədəki hərbi mövcudluğunu gözdən salmağa çalışırlar.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış edib.
"Təəssüf ki, bəzi siyasi qüvvələrin və bəzi qərbyönlü erməni QHT-lərinin Ermənistandakı Rusiyanın hərbi mövcudluğunu ləkələməyə çalışdığını, onu demək olar ki, bir növ işğal aləti və ya Ermənistana qarşı bir növ düşmənçiliyin sübutu kimi təqdim etdiyini görürük", - deyə o bildirib.
Xarici işlər nazirinin müavini qeyd edib ki, bütün bu cəhdlər boşa çıxır.
Mənbə
axar.az