Rusiyada yanacaq çatışmazlığı: daha bir məhdudiyyət...
Rusiya Federasiyasının Saxa Respublikasında (Yakutiya) regional hökumətə məxsus olan "Saxanefteqazsbıt" şəbəkəsinin yanacaqdoldurma məntəqələrində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə Saxa hökuməti məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər Yakutsk şəhəri, eləcə də bir sıra rayonları əhadə edəcək.
Bildirilib ki, hər nəqliyyat vasitəsi üçün 30 litr benzin və ya 200 litr dizel yanacağının satışına icazə verilir.
Qeyd edək ki, Rusiyanın bir çox regionunda yanacaq problemləri yaranıb. Artıq Kuybışev, Kurqan, Samara, Çelyabinsk, Voloqda, Omsk və s. vilayətləri, o cümlədən Dağıstan Respublikasında yanacaq satışlarına məhdudiyyət qoyulub. İşğal altındakı Krımda, həmçinin Moskvada yanacaq çatışmazlığı yaşanır.
Buna səbəb Ukrayna ordusunun NEZ-lərə zərbələr endirməsidir.