Siyasət

Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında yeni dövrün əsasını qoyan hadisə olub"

29 Jun 2026, 14:56 2 baxış
Şavkat Mirziyoyev: "Birinci Türkoloji Qurultay türk xalqlarının həyatında yeni dövrün əsasını qoyan hadisə olub"
"Düz yüz il əvvəl, 1926-cı ildə Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının elm və mədəni həyatında yeni bir dövrün əsasını qoyan böyük tarixi hadisə olub". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində qeyd olunub. "Biz həmişə qürur hissi ilə xatırlayırıq ki, həmin qurultayda Özbəkistanın 11 tanınmış ziyalısı iştirak edib", - deyə prezident qeyd edib: "Bu gün beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu əlamətdar tarixi geniş şəkildə qeyd edərkən sözügedən forumu türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiram və dərin hörmətin təcəssümü kimi dəyərləndirmək lazımdır. Şübhəsiz ki, milli yaddaşımızda silinməz iz qoymuş həmin tarixi qurultaydan bəhs edərkən, türk dünyasının cədidçi maarifçilərinin misilsiz xidmətlərini bir daha dərin minnətdarlıq hissi ilə xatırlayırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər