İdman

Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla başa vurdu - FOTO

28 Jun 2026, 20:36 2 baxış
Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla başa vurdu - FOTO
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisinin üzvü Murad Fətiyev bürünc medal qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, 90 kq çəki dərəcəsində çıxış edən cüdoçu üçüncü yer uğrunda görüşdə Qırğızıstan təmsilçisi Erjan Kanatbekovu məğlub edib. Bununla da Azərbaycan yığması turniri bir qızıl və üç bürünc medalla başa vurub. Daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə etmişdilər. 57 ölkənin təmsil olunduğu yarışda Azərbaycan millisi ümumi komanda hesabında dördüncü, kişilər arasında isə üçüncü yeri tutub.
{{gallery}}
Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla başa vurdu - FOTO Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla başa vurdu - FOTO Azərbaycanın cüdo millisi Qran-prini dörd medalla başa vurdu - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər