İdman

Harri Keyn Ronaldonu geridə qoydu

28 Jun 2026, 16:18 1 baxış
Harri Keyn Ronaldonu geridə qoydu

İngiltərə millisinin hücumçusu Harri Keyn rekorda imza atıb.


Axar.az xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin III turunda Panama ilə görüşdə fərqlənən forvard cari mövsümdə klub və milli komandanın heyətində bütün turnirlərdə vurduğu qolların sayını 70-ə çatdırıb.


31 yaşlı oyunçu bununla da, Kristiano Ronaldonun bir mövsümdə vurduğu ən yüksək qol sayını geridə qoyub.


Portuqaliya yığmasının ulduzu 2011/2012-ci illər mövsümdə 69 qol vurmağı bacarmışdı.


Qeyd edək ki, "Nyu York/Nyu Cersi" stadionunda baş tutan görüş Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə axar.az

Oxşar Xəbərlər