İdman

Keyn Ronaldunu geridə qoydu

28 Jun 2026, 15:36 2 baxış
Keyn Ronaldunu geridə qoydu
İngiltərə millisinin və "Bavariya"nın hücumçusu Harri Keyn Portuqaliya yığmasının və "Ən-Nəsr"in forvardı Kriştianu Ronaldunun bir mövsümdə klub və milli komandada vurduğu qolların sayına görə rekordunu geridə qoyub. Oxu.Az bu barədə championat.com-a istinadən xəbər verir. DÇ-2026-da Panama millisi ilə keçirilən oyunda vurduğu qol İngiltərə millisinin kapitanı üçün 2025/2026 mövsümündə 70-ci qol olub. Bununla da Harri Keyn Kriştianu Ronaldunun 2011/2012 mövsümündə "Real Madrid" və Portuqaliya millisinin heyətində vurduğu 69 qolluq göstəricini geridə qoyaraq yeni rekord müəyyənləşdirib. XXI əsrdə bir mövsüm ərzində klub və milli komanda səviyyəsində vurulan qolların sayına görə rekord isə "Barselona"nın sabiq hücumçusu, Argentina millisinin kapitanı Lionel Messiyə məxsusdur. O, 2011/2012 mövsümündə ümumilikdə 82 qol vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər