İdman
DÇ-2026: Bu yığmanın baş məşqçisi istefa verdi
Şotlandiya millisinin baş məşqçisi Stiv Klark istefa verib.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssis komandasının DÇ-2026-dakı uğursuz çıxışına görə istefa verib.
Şotlandiya mundialda Braziliya, Haiti və Mərakeşlə bir qrupda mübarizə aparıb. 3 xalla 3-cü yeri tutan şotlandlar qrupdan çıxa bilməyib.
Qeyd edək ki, Stiv Klark 2019-cu ildən Şotlandiya millisinə rəhbərlik edirdi.
Mənbə
axar.az