İdman

Qrup mərhələsi başa çatdı: Pley-offa yüksələn 32 komanda bəlli oldu: Kim kimlə oynayacaq?

28 Jun 2026, 08:16 1 baxış
Qrup mərhələsi başa çatdı: Pley-offa yüksələn 32 komanda bəlli oldu: Kim kimlə oynayacaq?
2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin başa çatmasının ardından turnirin pley-off mərhələsinə yüksələn bütün 32 milli komanda müəyyənləşib. 1/16 finalın cütləri: Almaniya - Paraqvay; Fransa - İsveç; Cənubi Afrika Respublikası - Kanada; Niderland - Mərakeş; Portuqaliya - Xorvatiya; İspaniya - Avstriya; ABŞ - Bosniya və Herseqovina; Belçika - Seneqal; Braziliya - Yaponiya; Kot-d'İvuar - Norveç; Meksika - Ekvador; İngiltərə - Konqo Demokratik Respublikası; Argentina - Kabo-Verde; Avstraliya - Misir; İsveçrə - Əlcəzair; Kolumbiya - Qana. Dünya çempionatının pley-off mərhələsində komandalar 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Məğlub olan komandalar isə turnirlə vidalaşacaqlar. Dünya çempionatının pley-off mərhələsi artıq bu gün start götürəcək. Turnirin ilk 1/16 final qarşılaşmasında Kanada millisi Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər