İdman
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
2026-cı il dünya çempionatında III turun oyunları davam edir. Oxu.Az xəbər verir ki, ikinci oyun günündə K qrupunun iki görüşü baş tutub. Konqo Demokratik Respublikası millisi Özbəkistanla qarşılaşıb. Görüş 3:1 hesabı ilə konqoluların xeyrinə başa çatıb. Xallarının sayını 4-ə çatdıran Afrika təmsilçisi qrupu 3-cü pillədə bitirərək pley-offa vəsiqə qazanıb. Özbəkistan 0 xalla sonuncu pillədə qərarlaşıb və turnirlə vidalaşıb. Qrupun digər matçında isə Kolumbiya Portuqaliya ilə üz-üzə gəlib. Matç başladığı kimi qolsuz başa çatıb: 0:0. Bu nəticədən sonra Kolumbiya 7 xalla qrupdan lider kimi çıxıb. Portuqaliya isə 5 xalla qrup ikincisi kimi adını 1/16 finala yazdırıb. Hər iki matç Bakı vaxtı ilə saat 03:30-da start götürüb.
Mənbə
oxu.az