Dünya

Venesuelada 11 yaşlı uşaq 70 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO

28 Jun 2026, 05:32 2 baxış
Venesuelada 11 yaşlı uşaq 70 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Kolumbiyalı xilasedicilər Venesuelada 11 yaşlı oğlanı 70 saat sonra dağıntılar altından sağ çıxarıblar. Oxu.Az xəbər verir ki, bu barədə Kolumbiyanın Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, onlar fəlakət bölgəsində axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında bir-birindən 10 km məsafədə yerləşib. Bundan sonra 214 afterşok baş verib. Son məlumata görə, təbii fəlakət nəticəsində 1 430 nəfərin həlak olduğu rəsmən təsdiqlənib, daha 3 238 nəfər yaralanıb. Bundan başqa, 3 142 ailə evsiz qalıb və hazırda xüsusi sığınacaqlarda yardım alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər