İdman
Çenninq Tatum stadiona Erlinq Holand obrazında gəldi
Amerikalı aktyor Çenninq Tatum DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Norveç və Fransa arasında keçirilən matça norveçlilərin hücumçusu Erlinq Holand obrazında gəlib. Oxu.Az xəbər verir ki, bu barədə "Çempionat" məlumat yayıb. Norveç yığmasının geyimində stadionda yer alan sənətçi sarışın parikdən istifadə edərək "Mançester Siti" klubunun hücumçusunun obrazını dəqiqliklə təkrarlayıb. Holandın ehtiyat oyunçular skamyasında oturaraq matçda iştirak etməməsi bəzi fanatların aktyoru həqiqi futbolçu ilə səhv salmasına səbəb olub. Bu addım planlaşdırılmış bir hərəkət idi. Belə ki, Tatum daha öncə "Nike" brendinin reklam çarxında da Holandın bənzəri rolunda çıxış etmişdi və bu dəfə həmin zarafatı tribunalara daşımaq qərarına gəlib. Xatırladaq ki, matç norveçlilər üçün uğursuz nəticələnib. Yığma Fransaya 1:4 hesabı ilə uduzub. Norveçi 1/16 finalda Kot-d'İvuar komandası ilə oyun gözləyir, matç iyunun 30-da keçiriləcək.
Mənbə
oxu.az