Dünya
Yaponiyada güclü zəlzələ baş verib
Yaponiyanın Honsü adası sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri 239 min nəfərin yaşadığı Aomori prefekturasının Haçinohe şəhərindən 70 km cənub-şərqdə yerləşib. Yeraltı təkanın ocağı 59 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq verilməyib.
Mənbə
oxu.az