Dünya
Tramp özünü Yer kürəsini çiyinlərində daşıyan nəhəng kimi təsvir edib
ABŞ Prezidenti Donald Tramp özünü çiyinlərində Yer kürəsini daşıyan nəhəng obrazında təqdim edib. Oxu.Az xəbər verir ki, süni intellekt vasitəsilə yaradılmış müvafiq görüntünü o, "Truth Social" platformasında paylaşıb. Şəkildə ABŞ lideri planetin ağırlığı altında əyilmiş vəziyyətdə təsvir olunub. Trampın bir çiyninə ABŞ bayrağı salınıb, özü isə qayalıq ərazidə dayanıb. O, paylaşdığı görüntü ilə bağlı heç bir şərh verməyib.
Mənbə
oxu.az