Dünya

Venesuela sahillərində növbəti dəfə zəlzələ baş verdi

28 Jun 2026, 01:12 2 baxış
Venesuela sahillərində növbəti dəfə zəlzələ baş verdi
Venesuelanın Araqua ştatının sahillərində 5.4 maqnitudalı zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri ölkə paytaxtı Karakasdan 60 km qərbdə yerləşib. Burada цб milyondan çox insan yaşayır. Zəlzələ ocağı 35 km dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb. Xatırladaq ki, Venesuelədə iyunun 24-ü axşam saatlarında güclü zəlzələlər baş verib. Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Yarakuy ştatında bir-birindən 10 km məsafədə yerləşib. Zəlzələdən sonra 214 afterşok baş verib. Son məlumata görə, təbii fəlakət nəticəsində 1 430 nəfərin həlak olduğu rəsmən təsdiqlənib, daha 3 238 nəfər yaralanıb. Bundan başqa, 3 142 ailə evsiz qalıb və hazırda xüsusi sığınacaqlarda yardım alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər