Dünya

Almaniyada tarixi istilik rekordu yenilənib

28 Jun 2026, 02:00 1 baxış
Almaniyada tarixi istilik rekordu yenilənib
Almaniyada meteoroloji müşahidələr tarixində qeydə alınan mütləq temperatur rekordu yenilənib. İyunun 27-də havanın temperaturu 41.5 dərəcəyə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Meteorologiya Xidmətinə (DWD) istinadən məlumat yayıb. Meteoroloqların bildirdiyinə görə, ölkədə temperatur rekordu artıq ikinci gündür ardıcıl olaraq yenilənir. İlkin maksimum göstərici olan 41.5 dərəcə iyunun 27-də saat 16:20-də (Bakı vaxtı ilə 18:20) Saksoniya-Anhalt federal torpağının Mekkern-Drevis yaşayış məntəqəsində qeydə alınıb. İyunun 26-da DWD Saarbrükken-Burbaxda 41.3 dərəcə temperatur qeydə almışdı ki, bu da həmin vaxta qədər Almaniyada müşahidələr tarixində ən yüksək göstərici idi. Almaniyada əvvəlki mütləq istilik rekordu 41.2 dərəcə idi. Bu göstərici 25 iyul 2019-cu ildə Şimali Reyn-Vestfaliya federal torpağındakı Tönisforst və Duysburq-Berl yaşayış məntəqələrində qeydə alınmışdı. İsti hava ilə əlaqədar "Deutsche Bahn" dəmir yolu konserni və digər dəmir yolu daşıyıcıları həftəsonu zəruri olmayan uzaqməsafəli və şəhərətrafı qatar səfərlərindən imtina etməyi tövsiyə ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər