İdman

Rafael Fiziyev: "Artıq iki dəfə çempionla titul uğrunda döyüşmüşəm"

28 Jun 2026, 00:36 3 baxış
Rafael Fiziyev: "Artıq iki dəfə çempionla titul uğrunda döyüşmüşəm"
"Əslinə qalsa, birinci raundun sonunda rəqib barmağı ilə gözümə vurdu". Oxu.Az xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas döyüşündə Meksika təmsilçisi Manuel Torresi məğlub edən Rafael Fiziyev deyib. O bildirib ki, bu zərbədən sonra ətrafı bulanıq görüb: "Sol gözümu açanda ətrafı görə bilmirdim və düşündüm ki, fırlanaraq zərbə vurum. Zərbəni vurdum və yaxşı ki, alındı. Gözümdə problem yaranmasaydı da bu zərbəni mütləq vuracaqdım. Bunu deyə bilərəm ki, rəqibim məni çox sıxışdırırdı. Məşqçim Alim Nəbiyev mənə çənəmi aşağı salmağı və sol əlimi yuxarı qaldırmağımı dedi. Bu məsləhət mənim çox işimə yaradı. Yüngül çəkidə artıq iki dəfə çempionla titul uğrunda döyüşmüşəm. Atam az danışan insandır. O mənə baxır və çox həyəcanlanır. Bu həftə demək olar ki, gün ərzində üç qutu siqaret çəkirdi", - deyə R.Fiziyev qeyd edib. Qeyd edək ki, daha əvvəl təmsilçimiz Tahir Abdullayev Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib. Digər təmsilçimiz Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolana hakimlərin yekdil qərarı nəticəsində qalib gəlib. Üçüncü təmsilçimiz Nazim Sadıxov isə braziliyalı rəqibi Mateus Kamiloya ilk raundda nokautla uduzub.
Mənbə oxu.az

Oxşar Xəbərlər