İdman
Bakıda UFC turniri: Bu döyüşçülər 100 min dollar qazandı
“UFC Fight Night: Fiziyev vs Torres” turnirinin bonus sahibləri müəyyənləşib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, "Gecənin performansı" bonusuna dörd döyüşçü layiq görülüb: Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko. Onların hər biri 100 min ABŞ dolları məbləğində mükafat qazanıb.
Bundan əlavə, döyüşü vaxtından əvvəl başa vuran, lakin "Gecənin performansı" bonusunu qazanmayan hər bir döyüşçüyə 25 min ABŞ dolları məbləğində əlavə mükafat verilib.
Mənbə
axar.az