İdman

Emin Ağalarovdan mənzil istədim - Maqomedov

27 Jun 2026, 23:44 1 baxış
Emin Ağalarovdan mənzil istədim - Maqomedov

Birinci raund çox çətin idi. Düşünürdüm ki, rəqib qalib gəlmək üçün məni öldürə bilər. Amma buna imkan vermək istəmirdim.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu “UFC Fight Night Baku” turnirində braziliyalı Mişel Pereyranı məğlub edən rusiyalı MMA döyüşçüsü Şarabutdin Maqomedov döyüşdən sonra keçirilən mətbuat konfransında deyib.


Rusiyalı döyüşçü rəqibinin güclü olduğunu bildirib:


"Məni şok edən onun zərbələri idi. Ondan qorxulu nəsə ola bilməzdi. Amma düşündüm ki bundan qorxulu nəsə ola bilməz. Ona görə döyüşü bitirdim".


O, “Sea Breez”də ev istədiyini söyləyib:


"Döyüşdən sonra Emin Ağalarovdan “Sea Breez”də mənzil açarı istədim. Təbii ki, bu zarafat idi. Amma istəyərdim mənim də orda evim olsun".

Mənbə axar.az

Oxşar Xəbərlər