İdman
"Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirib. Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib. "In Gernot Langes" stadionunda keçirilən matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub. Xatırladaq ki, bundan əvvəl "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.
Mənbə
oxu.az