İdman

"Qarabağ" Avstriya komandasını darmadağın etdi

27 Jun 2026, 21:09 2 baxış
"Qarabağ" Avstriya komandasını darmadağın etdi

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama matçını keçirib.


Axar.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Avstriyanın "Tirol" klubu ilə qarşılaşıb.


“Qarabağ” “Tirol”u 4-0 hesabı ilə məğlub edib. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub.


Qeyd edək ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib – 4-3.

Mənbə axar.az

Oxşar Xəbərlər