İdman

"UFC Fight Night Baku": Fərman Həsənov amerikalı rəqibini məğlub etdi

27 Jun 2026, 20:06 1 baxış
"UFC Fight Night Baku": Fərman Həsənov amerikalı rəqibini məğlub etdi
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. Oxu.Az xəbər verir ki, yarımorta çəki dərəcəsində təmsilçimiz Fərman Həsənov (77.33 kq) ABŞ təmsilçisi Erik Nolanla (77.33 kq) qarşılaşıb. O, ABŞ-dən olan rəqibinə hakimlərin yekdil qərarı nəticəsində qalib gəlib. Qeyd edək ki, daha əvvəl təmsilçimiz Tahir Abdullayev Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib. Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq. Əlavə olaraq azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamil ilə münasibətlərə aydınlıq gətirəcək.
"UFC Fight Night Baku": Fərman Həsənov amerikalı rəqibini məğlub etdi
Mənbə oxu.az

Oxşar Xəbərlər