Dünya
Özbəkistanda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır?
Özbəkistanda 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlana bilər. Oxu.Az-ın Gazeta.uz-a istinadən xəbərinə görə, bu barədə Özbəkistanın məktəbəqədər və məktəbdə təhsil naziri Ezozxon Karimova məlumat verib. Onun sözlərinə görə, bu məsələ artıq deputatlar və senatorlarla müzakirə olunub. Qanun layihəsinin hazırlanması və ictimai müzakirəyə çıxarılması planlaşdırılır. Ezozxon Karimova qeyd edib ki, uşaqları telefonlara girişdən tamamilə məhrum etmək mümkün deyil, lakin telefonlardan istifadə mədəniyyətinin və normalarının formalaşdırılması vacibdir.
Mənbə
oxu.az