İdman
Corc Rassell Avstriya Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu
"Formula-1" üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Avstriya Qran-prisinin təsnifat mərhələsində "Mercedes"in britaniyalı pilotu Corc Rassell qalib gəlib. Oxu.Az xəbər verir ki, ikinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler tutub. Üçüncü pillədə isə onun komanda yoldaşı, britaniyalı Lyuis Hemilton qərarlaşıb. Qeyd edək ki, əsas yarış iyunun 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mənbə
oxu.az