İdman

Tahir Abdullayev: "Mənim üçün heç bir rəqibin fərqi yoxdur"

27 Jun 2026, 18:18 2 baxış
Tahir Abdullayev: "Mənim üçün heç bir rəqibin fərqi yoxdur"
"Mənim üçün heç bir rəqibin fərqi yoxdur. Çox sevincliyəm". Oxu.Az xəbər verir ki, bu sözləri Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirdə braziliyalı Cefferson Nasimentonu məğlub edən Tahir Abdullayev deyib. "Üç həftə əvvəl bilirdim ki, UFC-də döyüşəcəyəm. Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Mən rəqibə ikinci və üçüncü raundda deyirdim ki, qız kimi qaçma, gəl, savaşaq. Rəqibin məşqçisi mənə nəsə deməyə çalışırdı, ona görə də ona "yaxınlaş, səni də yıxım" dedim. Mən həmişə döyüşlərə mehtər marşı ilə çıxmışam. Bu mahnı mənə çox yaxşı təsir edir. Döyüşün Azərbaycanda olması mənə xoş təsir elədi. Çünki özümü həddindən artıq enerjili hiss edirdim", - deyə T.Abdullayev qeyd edib. Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq. Əlavə olaraq azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla ilə münasibətlərə aydınlıq gətirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər