Dünya

Əfqanıstanda güclü zəlzələ baş verib

27 Jun 2026, 18:48 2 baxış
Əfqanıstanda güclü zəlzələ baş verib
Əfqanıstanın Hindiquş dağlarında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 161 min nəfər əhalisi olan Kunduz şəhərindən 169 km şərqdə yerləşib. Zəlzələnin ocağı 201 km dərinlikdə qeydə alınıb. Dağıntılar və zərərçəkənlərlə bağlı məlumat daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər