İdman
Portuqaliya millisindən duyğusal jest - Video
Portuqaliya millisinin futbolçuları DÇ-2026-da növbəti oyun öncəsi son məşq zamanı Venesuelada baş verən zəlzələ nəticəsində həyatını itirən insanların xatirəsini yad ediblər.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, Kristiano Ronaldo və komanda yoldaşları məşqdən əvvəl bir dəqiqəlik sükutla faciə qurbanlarını anıblar.
Portuqaliya millisinin futbolçuları bu addımla Venesuela xalqına dəstəklərini ifadə ediblər.
Son məlumata görə, Venesuelada zəlzələ qurbanlarının sayı 900 nəfəri ötüb.
Mənbə
axar.az