İdman

Qran-pridə Azərbaycan ilk qızılını qazandı - FOTO

27 Jun 2026, 16:50 2 baxış
Qran-pridə Azərbaycan ilk qızılını qazandı - FOTO
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisi növbəti medalları qazanıb. Oxu.Az xəbər verir ki, Olimpiya çempionu Hidayət Heydərov turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, Hidayət karyerasında ilk dəfə 81 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanıb. Zelim Tçkayev isə finalda avstriyalı Bernd Faşinqi məğlub edərək qızıl medala yiyələnib. Beləliklə, Tçkayev dominant çıxışını Sindao Qran-Prisində çempionluqla taclandırmağa nail olub.
Bu, cüdoçumuzun Qran-pri turnirlərində qazandığı ilk qızıl medal oldu.
Qran-pridə Azərbaycan ilk qızılını qazandı - FOTO Qran-pridə Azərbaycan ilk qızılını qazandı - FOTO Qran-pridə Azərbaycan ilk qızılını qazandı - FOTO Qran-pridə Azərbaycan ilk qızılını qazandı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər