İdman
"Qarabağ"dan ayrılan Andradenin yeni klubu açıqlandı
“Qarabağ”dan ayrılan Leandro Andradenin yeni klubu müəyyənləşib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 25 yaşlı vinger artıq tibbi müayinədən keçib, “Polissya” ilə 3 illik müqavilə imzalayıb. Andrade yeni komandasında ilk məşqinə də çıxıb.
Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 213 oyunda meydana çıxaraq 60 qol vurub, 61 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
axar.az