Siyasət

Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO

27 Jun 2026, 11:16 2 baxış
Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
İyunun 26-da Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Bakı Bulvarının yaşıllıq sahələrinin zənginləşdirilməsi, ərazidə təbii gözəlliklərin və estetik görünüşün artırılması məqsədilə təşkil olunan aksiyada xüsusi landşaft kompozisiyalarına uyğun olaraq müxtəlif növ minlərlə mövsümi gül əkilib. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiya ekoloji təşəbbüslərdə fəal iştirakın təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və Dənizkənarı Milli Parkın yaşıl məkan kimi qorunması, onun inkişafına ictimai dəstəyin artırılması baxımından əhəmiyyət daşıyır.
{{gallery}}
Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO Leyla və Arzu Əliyevalar Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər