İdman

Misir-İran matçında DRAMATİK SONLUQ: Hakimin mübahisəli qərarı doğrudur? - FOTO - VİDEO

27 Jun 2026, 11:38 2 baxış
Misir-İran matçında DRAMATİK SONLUQ: Hakimin mübahisəli qərarı doğrudur? - FOTO - VİDEO
Futbol üzrə dünya çempionatının G qrupunun III turunda Misir İranla üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə il başa çatıb. Bu nəticə ilə Misir növbəti mərhələyə vəsiqə qazanıb. İran isə ən yaxşı üçüncü yerin sahiblərindən biri kimi növbəti mərhələyə vəsiqə qazanmaq şansını saxlayır. Qeyd edək ki, matçın son dəqiqələri daha dramatik alınıb. İran yığması oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə hesabda önə keçsə də, qol ofsayd səbəbindən ləğv olunub. VAR-ın qərarı yetərincə mübahisə doğurub.

Məsələ ilə bağlı Oxu.Az-a danışan AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov qeyd edib ki, sözügedən qərar doğrudur:
O bildirib ki, hücum edən komandanın oyunçusunun önündə bir oyunçu var: "Əgər qapıçı yerində olsaydı və ya hücum edən komandanın oyunçusunun qarşısında iki futbolçu dayansaydı, onda qol sayıla bilərdi. Sözügedən vəziyyətdə bir futbolçu olduğu üçün qol ofsayd sayıldı. Sonuncudan əvvəlki oyunçu artıq irəlidədir, hücumçudan daha geridədir. Ona görə də hakimin qərarı doğrudur. Yəni hücumçunun qarşısında müdafiə olunan komandadan yalnız bir oyunçu var. Hücumçu sonuncudan əvvəlkindən irəlidədir. Qapıçı yerində olmadığı üçün avtomatik iki oyunçu olmalıdır. Qısası, qərar doğrudur".

Misir-İran matçında DRAMATİK SONLUQ: Hakimin mübahisəli qərarı doğrudur? - FOTO - VİDEO Misir-İran matçında DRAMATİK SONLUQ: Hakimin mübahisəli qərarı doğrudur? - FOTO - VİDEO Misir-İran matçında DRAMATİK SONLUQ: Hakimin mübahisəli qərarı doğrudur? - FOTO - VİDEO Misir-İran matçında DRAMATİK SONLUQ: Hakimin mübahisəli qərarı doğrudur? - FOTO - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər