İdman
Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında 28 komanda pley-offa vəsiqəni rəsmiləşdirib.
Axar.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Paraqvay, Almaniya, Fildişi Sahili, Ekvador, Niderland, Yaponiya, İsveç, Belçika, Misir, İspaniya, Kabo Verde, Fransa, Norveç, Seneqal, Argentina, Kolumbiya, Portuqaliya, İngiltərə və Qana 1/16 finalda oynamaq hüququ qazanıblar.
Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.
Mənbə
axar.az