İdman
DÇ-2026: İspaniya və Kabo-Verde yığmaları pley-offda - VİDEO
2026-cı il futbol üzrə dünya çempionatının H qrupunun III turunda Uruqvay və İspaniya milliləri üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, qarşılaşma Meksikanın Sapopan şəhərində yerləşən "Akron" stadionunda keçirilib. Oyunun baş hakimi ABŞ-dən olan İsmail Elfat olub. Matç İspaniya millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 42-ci dəqiqədə İspaniya millisinin hücumçusu Aleks Baena vurub.
H qrupunda üç turdan sonra Uruqvay millisi iki xalla üçüncü pillədə qərarlaşıb. Yeddi xalı olan İspaniya millisi qrup lideri kimi pley-offa yüksəlib. Qrupun digər oyunu Kabo-Verde və Səudiyyə Ərəbistanı milliləri arasında olub. Qarşılaşma ABŞ-nin Hyuston şəhərində yerləşən "NRG Stadium"da keçirilib. Oyunu Fransadan olan baş hakim Fransua Leteksye idarə edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0. Komandalar 90 dəqiqə ərzində rəqib qapısına yol tapa bilməyiblər. Beləliklə, H qrupunda üç turdan sonra Səudiyyə Ərəbistanı millisi bir xalla sonuncu - dördüncü pillədə qərarlaşıb və dünya çempionatı ilə vidalaşıb. Kabo-Verde millisi isə üç xalla ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.

Mənbə
oxu.az