İdman

"Neftçi" Slovakiya millisinin hücumçusunu transfer edib

27 Jun 2026, 00:12 2 baxış
"Neftçi" Slovakiya millisinin hücumçusunu transfer edib
"Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi Slovakiya millisinin hücumçusu Lyubomir Tuptanı transfer edib. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, komandada 29 nömrəli formanı geyinəcək. Mərkəz hücumçusu kimi çıxış edən, eyni zamanda, hər iki cinahda vinger mövqeyində də oynaya bilən Tupta son olaraq Yunanıstanın AEL klubunun formasını geyinib. O, 2025/2026 mövsümündə Yunanıstan çempionatında keçirdiyi 35 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Slovakiyalı futbolçu karyerası ərzində İtaliya, Polşa, İsveçrə və Çexiya çempionatlarında da çıxış edib. Lyubomir Tupta 2023-cü ildən Slovakiya milli komandasına dəvət alır. O, yığmanın heyətində indiyədək 21 oyunda forma geyinib.
Mənbə oxu.az

Oxşar Xəbərlər