İdman

DÇ-2026-nın final matçında oynanılacaq topun təsvirləri paylaşıldı - FOTO

27 Jun 2026, 00:36 3 baxış
DÇ-2026-nın final matçında oynanılacaq topun təsvirləri paylaşıldı - FOTO
2026-cı il futbol üzrə dünya çempionatının final oyununun rəsmi topunun görüntüləri internetdə yayılıb. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, yeni top modeli "Trionda Final" adlandırılıb. Konstruksiyası baxımından "Trionda Final" hazırda dünya çempionatında istifadə olunan "Trionda" modeli ilə eynidir. Yeni top ağ rəngdə hazırlanıb, qara və qızılı naxışlarla, həmçinin qırmızı elementlərlə bəzədilib. Bundan əlavə, topun üzərində dünya çempionatının oyunlarına ev sahibliyi edən şəhərlərin adları da yer alıb. Məlumata görə, "Trionda Final" topundan dünya çempionatının yarımfinal mərhələsindən etibarən istifadə olunacaq. Qeyd edək ki, DÇ-2026-nın final görüşü iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçiriləcək.
{{gallery}}
DÇ-2026-nın final matçında oynanılacaq topun təsvirləri paylaşıldı - FOTO DÇ-2026-nın final matçında oynanılacaq topun təsvirləri paylaşıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər