İdman

"Neftçi" Lyubomir Tuptanı transfer etdi

27 Jun 2026, 00:06 2 baxış
"Neftçi" Lyubomir Tuptanı transfer etdi

“Neftçi” hücumçu transferini reallaşdırıb.


Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Slovakiyalı Lyubomir Tupta "ağ-qaralar"ın yeni üzvüdür. 28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.


Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər