İdman

Çeçen döyüşçü Yaxyayev: "Bakıda özümü evdəki kimi hiss edirəm"

26 Jun 2026, 23:00 3 baxış
Çeçen döyüşçü Yaxyayev: "Bakıda özümü evdəki kimi hiss edirəm"
UFC-nin çeçenəsilli döyüşçüsü Abdul Raxman Yaxyayev Bakıda özünü evindəki kimi hiss etdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, Sport24.ru-ya müsahibəsində danışıb. İyunun 27-də Bakıda keçiriləcək "UFC Baku Fight Night" turnirində Türkiyəni təmsil edəcək Abdul Raxman Yaxyayev yarışın paytaxtımızda təşkil olunmasından məmnunluğunu ifadə edib. Döyüşçü bildirib ki, turnirin evinə yaxın bölgədə keçirilməsi onun üçün böyük üstünlükdür. "Əlbəttə, Bakı Türkiyəyə və Çeçenistana daha yaxındır. Burada özümü evimdəki kimi hiss edirəm", - deyə Yaxyayev vurğulayıb. Qeyd edək ki, Abdul Raxman Yaxyayev (93.44 kq) yarımağır çəki dərəcəsində amerikalı Julius Volker (93.44 kq) ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər