İdman
Portuqaliya klubundan ayrılan futbolçu Azərbaycan təmsilçisi ilə müqavilə bağlayır
Portuqaliyalı futbolçu Jota Oliveyra karyerasını Azərbaycanda davam etdirəcək. Oxu.Az Fanat.az-a istinadla xəbər verir ki, sözügedən ölkənin 3-cü liqasında çıxış edən "San Juan Ver" klubu ilə müqaviləsinin müddəti başa çatmış cinah müdafiəçisi "Şamaxı" ilə anlaşıb. Ölkəsinin U-18 yığmasında çıxış etmiş 25 yaşlı futbolçu tibbi müayinədən keçəndən sonra "aslanlar"la müqavilə bağlayacaq. Xatırladaq ki, "Şamaxı" yeni mövsümə "Kəpəz"in sabiq çalışdırıcısı Azər Bağırovun rəhbərliyi altında hazırlaşır.
Mənbə
oxu.az