İdman
"UFC Fight Night Baku" döyüşçüləri üz-üzə gəldilər, Fiziyev TƏƏCCÜBLƏNDİRDİ - VİDEO
"UFC Fight Night Baku"da təntənəli çəkiölçmə və üz-üzə gəlmələr baş tutub. Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə bütün idmançılar üz-üzə gəliblər. Təntənəli çəkiölçmə UFC turnirlərinin ayrılmaz hissəsi olmaqla yanaşı, döyüş həftəsinin ən emosional anlarından biri hesab olunur. Məhz burada döyüşçülər oktaqona çıxmazdan əvvəl son dəfə üz-üzə gəlir, baxışları və son sözləri ilə döyüşün gərginliyini daha da artırırlar. Tədbirdə maraqlı anlardan biri də azərbaycanlı Rafael Fiziyevin tərəfdarlarına ana dilində səslənməsi olub. Onun: "Sabah qələbə qazanacağam!" - sözləri azarkeşlərini coşdurub.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq. Turnir çərçivəsində azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.

Mənbə
oxu.az