İdman
Çindəki Qran-pridə uğurlu start: Cüdoçumuz bürünc medal qazandı
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində Azərbaycan millisi ilk medalını qazanıb. Oxu.Az xəbər verir ki, yarışın ilk günündə tatamiyə çıxan Əhməd Yusifov (-60 kq) bürünc mükafata sahib olub. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Qeyd edək ki, Qran-prinin ikinci yarış günündə Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulacaq.
Mənbə
oxu.az