İdman

FIFA prezidentindən Messiyə mesaj: "Sən qeyri-mümkünü mümkün edirsən"

26 Jun 2026, 16:00 2 baxış
FIFA prezidentindən Messiyə mesaj: "Sən qeyri-mümkünü mümkün edirsən"
FIFA prezidenti Canni İnfantino Argentina yığmasının hücumçusu Lionel Messiyə xüsusi müraciət ünvanlayıb. Oxu.Az xəbər verir ki, bu barədə İnfantino sosial şəbəkə hesabında paylaşım edib. "Sənin futbol oynamağını görmək hər zaman bu idman növünün ən böyük imtiyazlarından biri olub, əziz Lionel Messi. Sən meydanda qeyri-mümkünü mümkün edir və öz istedadına heyranlıqla bütün dünyanı birləşdirirsən. Sənə səmimi qucaq dolusu salamlarımı göndərirəm. Futbolun Yer kürəsində ən sevimli idman növünə çevrilməsi üçün etdiyin hər şeyə görə sənə təşəkkür edirəm. Sənə ad günün münasibətilə xoşbəxtlik və dörd il əvvəl Qətərdə milli komandanla qazandığın titulu qoruyacağın bu dünya çempionatının qrup mərhələsinin son oyunlarından birində uğurlar arzulayıram. Sən hələ də dünyanın hər yerində milyonlarla insana heç kimin edə bilmədiyi kimi futbol ehtirası bəxş edirsən", - deyə paylaşımda qeyd olunub. Xatırladaq ki, iyunun 24-də Lionel Messinin 39 yaşı tamam olub. Forvard 2026-cı il dünya çempionatında artıq beş qola imza atıb. Futbolçu Əlcəzairlə qarşılaşmada (3:0) het-trik rəsmiləşdirib, Avstriya ilə oyunda (2:0) isə dublla yadda qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər