İdman
Ardanın ABŞ-la oyunda bu keçidi gündəm oldu - Video
DÇ-2026-nın D qrupu üzrə keçirilən Türkiyə-ABŞ oyununda Arda Gülərin etdiyi hərəkət gündəm olub.
Axar.az Offsideplus.az-a istinadla xəbər verir ki, türkiyəli ulduz topu Kristian Pulişiçin ayaqlarının arasından keçirib.
Ardanın "nutmeg" hərəkəti sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qeyd edək ki, Türkiyə-ABŞ oyunu 3:2 hesabı ilə başa çatıb. Bu qarşılaşmada Arda Gülər də fərqlənən futbolçular sırasında olub.
Mənbə
axar.az