Cəmiyyət

Sabah leysan yağacaq, güclü külək əsəcək

26 Jun 2026, 13:40 2 baxış
Sabah leysan yağacaq, güclü külək əsəcək
Bakıda və Abşeron yarımadasında iyunun 27-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, axşama doğru yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı, gecəyə doğru isə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər