Cəmiyyət
Kayrat Sarıbay: "Bakıdakı iclasın mövzusu Azərbaycanın ümumi yanaşmaları ilə tam uzlaşır"
"Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclasının Yekun - tövsiyə sənədi qəbul olunacaq". Oxu.Az xəbər verir ki, bu fikirləri AQEM-in baş katibi Kayrat Sarıbay Gənclər Şurasının 9-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iclasın mövzusu Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü ümumi yanaşmalarla tam üst-üstə düşür: "Söhbət cəmiyyətlərimizin və şəhərlərimizin dayanıqlı inkişafından gedir. Bu gün Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun (WUF13) davamı kimi urbanizasiya məsələləri də müzakirə olunur. Şura növbəti tövsiyələr paketini qəbul edəcək. Hesab edirəm ki, gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə, eləcə də şəhərlərin inkişafı sahəsində müasir çağırışların həllində gənclərin potensialından istifadəyə yönəlmiş bu tövsiyələr olduqca vaxtında və aktualdır".
Mənbə
oxu.az