Cəmiyyət
AQEM-ə üzv ölkələrin gəncləri Bakıda bir araya gəliblər
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində qurumun Gənclər Şurasının 9-cu iclası keçirilir. Oxu.Az xəbər verir ki, tədbirdə ümumilikdə AQEM-ə üzv olan 17 ölkədən 120 nümayəndə iştirak edir. Adıçəkilən toplantı "Şəhərlərin dayanıqlı inkişafında gənclərin iştirakı" mövzusuna həsr olunub. Sonda iclasın yekun - Tövsiyyələr sənədi qəbul olunacaq. İyunun 27-də isə AQEM gənclərinin nitq və debat yarışması, həmçinin Dünya robot "Xəzər kuboku 2026" çərçivəsində AQEM gənclərinin robototexnika yarışması baç tutacaq.
Mənbə
oxu.az