Cəmiyyət
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir - VİDEO
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir. Oxu.Az "Report"a istinadla xəbər verir ki, yürüşün önündə Azərbaycan əsgəri addımlayıb. Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edir. Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla izləyiblər. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Mənbə
oxu.az