Cəmiyyət

Kayrat Sarıbay: "Gənclər dayanıqlı regionun qurulmasında aktiv iştirakçılardır"

26 Jun 2026, 11:00 2 baxış
Kayrat Sarıbay: "Gənclər dayanıqlı regionun qurulmasında aktiv iştirakçılardır"
"Bu günün gəncləri inkişaf siyasətinin sadəcə faydalanan tərəfi deyil, daha dinc, firavan və dayanıqlı regionun qurulmasında fəal tərəfdaşlardır". Oxu.Az xəbər verir ki, bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Gənclər Şurasının 9-cu iclasında deyib. O bildirib ki, innovativ yanaşmaları və vətəndaş fəallığı cəmiyyətlərimizin üzləşdiyi mürəkkəb çağırışların aradan qaldırılması üçün əvəzsiz əhəmiyyət daşıyır: "Gənclər Şurasının builki iclasının "Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı" mövzusu olduqca aktual və xüsusi əhəmiyyət kəsb edir. Urbanizasiya cəmiyyətlərimizi sürətlə dəyişdirir. Şəhərlər iqtisadi inkişafın, innovasiyanın və mədəni mübadilənin mərkəzinə çevrildiyi kimi, eyni zamanda ekoloji dayanıqlılıq, sosial inklüzivlik və ictimai sağlamlıqla bağlı ciddi çağırışlarla da üzləşirlər. Rəqəmsal dövrün nümayəndələri və dəyişikliklərin aparıcı qüvvəsi olan gənclər bu problemlərin həlli üçün innovativ yanaşmalar irəli sürmək, daha ağıllı, daha yaşıl və daha dayanıqlı şəhər mühitinin formalaşdırılmasına töhfə vermək potensialına malikdirlər". Baş katib vurğulayıb ki, bugünkü görüşün regionun ən iddialı şəhərsalma və yenidənqurma layihələrindən birinin həyata keçirildiyi Bakı Ağ şəhərində reallaşması xüsusi rəmzi məna daşıyır: "Mən bütün iştirakçıları Gənclər Şurasının bu iclasından region ölkələrinin gənc liderləri arasında dialoqu inkişaf etdirmək, əldə olunan təcrübələri və uğurlu nümunələri bölüşmək üçün səmərəli platforma kimi istifadə etməyə çağırıram".
Mənbə oxu.az

Oxşar Xəbərlər