Cəmiyyət
Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrindən birində hərəkət məhdudlaşdırılacaq
"Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə iyunun 26-sı səhər saatlarından Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işləri aparılacaq". Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. "Bu səbəbdən qeyd olunan ərazidə görülən işlərdən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkətlərini əvvəlcədən planlaşdırmaları və istiqamətlərinə uyğun alternativ marşrutlardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
Mənbə
oxu.az